Son dəqiqə

İsrail ABŞ Donald Tramp Vaşinqton ABŞ-da İsrail səfirliyinə silahlı hücum ABŞ-da antisemit cinayət İsrail diplomatlarının qətli

ABŞ-da diplomatik çevrələrdə gərginlik

BAKI, TurkicWorld

Vaşinqtonda İsrail diplomatlarına qarşı olan hücumda iki nəfər öldürülüb.

TurkicWorld xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı silahlı hücum nəticəsində həyatını itirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem hadisəni “ağılsızcasına törədilmiş hücum” kimi dəyərləndirib və ictimaiyyətə cinayətkarın tezliklə ədalət qarşısında cavab verəcəyini vəd edib. ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kash Patel hücumun FTB-nin Vaşinqton sahə ofisinin yaxınlığında baş verdiyini bildirib.

İsrailin “Haaretz” nəşrinin məlumatına görə, hadisə zamanı muzeydə Amerika Yəhudi Komitəsinin təşkil etdiyi Gənc Diplomatlar tədbiri keçirilib. Hücumla əlaqədar bir nəfər şübhəli şəxs nəzarətə alınıb. Vaşinqton polis rəisi Pamela Smith həmin şəxsin hadisədən əvvəl muzeyin qarşısında müşahidə edildiyini açıqlayıb.

İsrail səfirliyinin sözçüsü Tal Naim Koen bildirib ki, diplomatlar tədbirə qatıldıqları zaman yaxın məsafədən güllələniblər. Ölənlərdən biri qadın, digəri kişi olub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hadisəni antisemit motivli cinayət kimi dəyərləndirərək, "ABŞ-da nifrət və fundamentalizmin yeri yoxdur" sözlərini səsləndirib. İsrailin xarici işlər naziri Gideon Saar isə ABŞ rəsmiləri ilə təmasda olduqlarını bildirib və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini qeyd edib.

Mövzuya görə xəbərlər