Son dəqiqə

ABŞ Rusiya Ukrayna Vladimir Putin Vladimir Zelenski Vatikan Ukrayna münaqişəsi və sülh danışıqları Rusiya Ukrayna müharibəsi

Rusiya-Ukrayna danışıqları Vatikanda keçirilə bilər - Tramp

BAKI, TurkicWorld

Donald Tramp Rusiya və Ukrayna arasında sülh danışıqlarının Vatikanda keçirilməsini təklif edib.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə dair çıxışında sülh üçün neytral və dini zəminin əhəmiyyətinə toxunaraq, Vatikanın danışıqlara ev sahibliyi etməsinin əla ideya olacağını bildirib.

O, jurnalistlərin suallarını cavablandırarkən bu fikri səsləndirib və Vatikanın belə bir təşəbbüsə hazır olmasının sülh prosesinə müsbət təsir göstərə biləcəyini qeyd edib. Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinlə apardığı son telefon danışığında bu mövzunun gündəmə gəldiyini və danışıqlarda irəliləyiş ola biləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Tramp müharibəni “Avropa məsələsi” adlandıraraq ABŞ-ın bu münaqişəyə həddindən artıq resurs sərf etdiyini, Avropanın isə kifayət qədər təşəbbüs göstərmədiyini vurğulayıb.

Mövzuya görə xəbərlər