Son dəqiqə

İsrail ABŞ Qəzza zolağı Microsoft Fələstin tərəfdarı etirazlar İsrail və Qəzza münaqişəsi Microsoft İsrail əməkdaşlığı Microsoft etiraz hadisəsi İsrailin hərbi əməliyyatlarına dəstək

Microsoft işçisi İsrailin siyasətinə qarşı çıxıb

BAKI, TurkicWorld

ABŞ-da Microsoft mühəndisi İsrailin Qəzzada törətdiyi hərbi əməliyyatlara texnoloji dəstəyə etiraz edib.

TurkicWorld xəbər verir ki, “Build 2025” konfransında səhnəyə çıxaraq etiraz edən mühəndis Co Lopez, Microsoft-un İsrail Müdafiə Nazirliyi ilə əməkdaşlığını sərt şəkildə tənqid edib.

Lopez, Microsoft rəhbəri Satya Nadellanın çıxışını yarımçıq saxlayaraq, “Satya, Microsoft-un fələstinliləri necə öldürdüyünü niyə göstərmirsən?” - deyə səslənib. O, etirazından sonra mühafizəçilər tərəfindən zaldan çıxarılıb. “Apartheid üçün Azure yoxdur” adlı fəal hərəkatın üzvü olan Lopez, həmkarlarına göndərdiyi məktubda şirkətin İsrailə verdiyi dəstəkdən narahat olduğunu bildirib və daha çox şəffaflıq tələb edib.

Qeyd edək ki, Microsoft rəhbərliyi mayın 15-də verdiyi açıqlamada İsrail Müdafiə Nazirliyinə bulud və süni intellekt xidmətləri təqdim etdiklərini təsdiqləyib, lakin bu texnologiyaların mülki şəxslərə qarşı istifadə edildiyinə dair heç bir sübutun olmadığını vurğulayıb.

Mövzuya görə xəbərlər