BAKI, TurkicWorld
ABŞ və Qətər arasında 42 milyard dollarlıq hərbi müqavilə imzalanıb.
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qətərlə 42 milyard dollar dəyərində hərbi texnika satışını nəzərdə tutan müqavilənin imzalandığını açıqlayıb.
Tramp bildirib ki, bu razılaşma yalnız iqtisadi deyil, eyni zamanda strateji əhəmiyyət daşıyır.
O, həmçinin Qətərdə yerləşən Əl-Udeyd aviabazasının inkişafı üçün əlavə 10 milyard dolların ayrılmasının planlaşdırıldığını da vurğulayıb.
Qeyd edək ki, Əl-Udeyd bazası ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi mövcudluğuna sahib olduğu strateji məntəqələrdən biridir.






