Son dəqiqə

ABŞ PUA lazer PUA sistemi General Atomics lazer texnologiyası ABŞ lazer silahı Yaxın Şərq PUA hücumları PUA-lara qarşı müdafiə

ABŞ ordusunun yeni silahı- Enerji ilə işləyən lazer sistemləri

BAKI, TurkicWorld

Lazer dövrü başlayır - PUA-lar raketləri havada əridir.

TurkicWorld xəbər verir ki, ABŞ-ın “General Atomics” müdafiə şirkəti pilotsuz uçuş aparatlarına (PUA) quraşdırıla bilən və düşmən raketlərini lazerlə məhv edən ilk sistemini təqdim edib.

Bu yeni texnologiya müasir hərbi konsepsiyalarda inqilabi dəyişikliyə səbəb ola bilər.

“MQ-9B SkyGuardian” adlı avtonom PUA-ya inteqrasiya edilən sistem 25 kilovat gücündə lazerlə kiçik miqyaslı hədəfləri zərərsizləşdirə bilir. Şirkət bu gücün 300 kilovata qədər artırıla biləcəyini, bunun isə daha iri hədəfləri, hətta təyyarələri məhv etməyə imkan verəcəyini açıqlayıb.

Lazer texnologiyası bütün hava şəraitində impulslu və davamlı atəş qabiliyyəti ilə seçilir. Təqdimat zamanı sistemin İran istehsalı olan “Şəhid” kamikadze PUA-larına qarşı uğurlu testlərdən keçdiyi bildirilib.

Qeyd edək ki, mövcud müdafiə sistemləri bahalı və birdəfəlik raketlərə əsaslanır. Yeni lazer sistemləri isə həm daha sərfəlidir, həm də limitsiz istifadə imkanları ilə fərqlənir. Enerji məhdudiyyəti əsas texniki problem olaraq qalsa da, bu sahədə irəliləyişlər texnologiyanın gələcəkdə döyüş meydanlarında əsas rol oynaya biləcəyini göstərir.

Ukraynada və Yaxın Şərqdə artan PUA hücumları fonunda belə sistemlərin əhəmiyyəti daha da artır. ABŞ ordusu üçün bu texnologiya, yüksək xərcli və məhdud resurslu sistemlərə alternativ olaraq strateji üstünlük qazandıracaq bir vasitə kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər