Son dəqiqə

ABŞ ABŞ-ın müdafiə naziri Pete Hegseth Tramp administrasiyası ABŞ Müdafiə Naziri Yəmən əməliyyatı məlumatı Yəməndə husilərə qarşı əməliyyat ABŞ Pentaqonunda məlumat sızması məxfi məlumat sızması

ABŞ Müdafiə naziri məxfi məlumatları mesajlaşmada bölüşüb

BAKI, TurkicWorld

ABŞ Müdafiə Nazirində Siqnal qalmaqal- Yəmən əməliyyatının detalları ailə qrupu ilə paylaşılıb.

TurkicWorld xəbər verir ki, ABŞ Müdafiə naziri Pit Heqsethin ailə üzvləri və şəxsi vəkilini əhatə edən "Signal" mesajlaşma qrupunda Yəməndə husilərə qarşı planlaşdırılan hərbi əməliyyatlarla bağlı məxfi məlumatları paylaşdığı iddia olunur.

“New York Times” qəzetinin dörd mənbəyə istinadla yaydığı məlumata görə, Heqsethin sözügedən qrupda paylaşdığı məlumatlar – məsələn, F/A-18 Hornet tipli döyüş təyyarələrinin uçuş saatları – həmin gün "Atlantic" jurnalının redaktoru tərəfindən yanlışlıqla qrupa əlavə olunan məlumatlarla üst-üstə düşür.

İddialara görə, Signal qrupu Heqsethin şəxsi telefonunda inzibati iş və planlaşdırmalar üçün yaradılıb və orada həyat yoldaşı Cennifer Hegseth, qardaşı Phil Hegseth və şəxsi vəkili Tim Parlatore yer alıb.

Pentaqonun sözçüsü Şon Parnell məsələ ilə bağlı X (keçmiş Twitter) platformasında açıqlama verərək, “AntiTrump mediası (NYT) Prezident Trampın gündəminə sadiq hər kəsi hədəf almaq vəsvəsəsini davam etdirir,” deyə cavab verib.

İddialar doğru çıxarsa, bu, yüksək səviyyəli təhlükəsizlik qaydalarının pozulması anlamına gəlir və ciddi hüquqi nəticələrə səbəb ola bilər.

Mövzuya görə xəbərlər