BAKI, TurkicWorld
Mahmud Abbas Dəməşqə səfər edərək, Suriya prezidenti Əhməd Şəraa ilə danışıqlar aparıb.
TurkicWorld xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas 2007-ci ildən sonra ilk dəfə Dəməşqə rəsmi səfər edib.
Paytaxtda keçirilən görüşdə Suriya prezidenti Əhməd Şəraa ilə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Abbas Dəməşqdə yerləşən Xalq Sarayında Şəraa tərəfindən rəsmi mərasimlə qarşılanıb. Danışıqlarda Suriyada yaşayan fələstinli qaçqınların vəziyyəti və iki ölkə arasında əməkdaşlıq perspektivləri əsas müzakirə mövzusu olub.
Liderlərin gündəmində həmçinin bölgədəki son gərginliklər, Fələstin məsələsinin beynəlxalq aləmdəki mövqeyi və ərəb ölkələrinin koordinasiyası kimi önəmli mövzular yer alıb.
Qeyd edək ki, Mahmud Abbas və Əhməd Şəraa sonuncu dəfə bu il martın 4-də Qahirədə keçirilən Ərəb Liqasının fövqəladə Zirvə toplantısında görüşmüşdülər.