Son dəqiqə

ABŞ ABŞ-da immiqrasiya siyasəti Qeyri-qanuni miqrantlar İmmiqrasiya siyasəti Deportasiya Maliyyə dəstəyi Deportasiya siyasəti Miqrantların qaytarılması Könüllü miqrant çıxışı

ABŞ qeyri-qanuni miqrantlara maliyyə yardımı təklif edəcək

BAKI, TurkicWorld

ABŞ-dan könüllü çıxan qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti veriləcək

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qeyri-qanuni immiqrantlar üçün yeni proqram üzərində çalışdıqlarını açıqlayıb.

Prezident bildirib ki, ölkəni könüllü şəkildə tərk etmək istəyən şəxslərə həm maliyyə dəstəyi, həm də təyyarə bileti təqdim edilə bilər.

Trampın sözlərinə görə, hazırda immiqrantların deportasiyası davam edir. Bununla yanaşı, ABŞ-da qeyri-qanuni şəkildə yaşayan və könüllü şəkildə ölkədən çıxmaq istəyən şəxslər üçün təşviqedici tədbirlər nəzərdə tutulur.

“Əgər yaxşıdırlarsa və onların geri qayıtmasını istəyiriksə, mümkün qədər tez və əməkdaşlıq çərçivəsində onları qaytarmaq üçün çalışacağıq”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, Tramp administrasiyası immiqrasiya məsələlərində sərt yanaşması ilə tanınır. Bu proqram, qeyri-qanuni miqrantların ölkədən könüllü çıxışını təşviq etməklə deportasiya yükünü azaltmaq məqsədi daşıyır.

Mövzuya görə xəbərlər