Son dəqiqə

təbii fəlakət fövqəladə vəziyyət elanı Dominikan Respublikası Dam uçqunu İctimai faciə İctimai təhlükəsizlik

Dominikada əyləncə mərkəzindəki faciədə ölənlərin sayı artıb

BAKI, TurkicWorld

Dominikadakı dam uçqunu faciəsində ölənlərin sayı 226 nəfərə çatıb

TurkicWorld xəbər verir ki, Dominikan Respublikasında əyləncə mərkəzinin damının çökməsi nəticəsində baş verən dəhşətli faciədə həyatını itirənlərin sayı artmağa davam edir.

Aprelin 8-də baş verən hadisə nəticəsində ümumilikdə 226 nəfərin öldüyü rəsmən təsdiqlənib.

Dominikan Respublikasının səhiyyə naziri Viktor Atallah fəlakət nəticəsində daha 4 nəfərin həyatını itirdiyini və ümumi ölü sayının 226 nəfərə yüksəldiyini açıqlayıb. O həmçinin bildirib ki, həlak olanlar arasında bir Kosta Rika vətəndaşı da olub və bütün cənazələr artıq ailələrinə təhvil verilib.

Qeyd edək ki, bu hadisə Dominikada son illərin ən ağır ictimai faciələrindən biri hesab olunur və istintaqın davam etdiyi bildirilir.

Mövzuya görə xəbərlər