Son dəqiqə

Fransa Emmanuel Makron meşə yanğınları İqlim dəyişikliyi təbii fəlakət təxliyə Bordo Kap Ferre

Fransada meşə yanğınları - 197 mindən çox insan təxliyə edilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransanın cənub-qərbində geniş əraziləri əhatə edən meşə yanğınları səbəbindən indiyədək 197 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Alovun sürətlə yayılması minlərlə ailəni evlərini tərk etməyə məcbur edib, bölgədə narahatlıq və qeyri-müəyyənlik hökm sürür.

TurkicWorld xəbər verir ki, Fransanın cənub-qərbində yerləşən Salon şəhərinin sakini, 35 yaşlı yük maşını sürücüsü Məhəmməd Laabar həyat yoldaşı və üç yaşlı oğlu ilə birlikdə meşə yanğınlarının yaxınlaşması səbəbindən əvvəlcədən hazırladığı fövqəladə vəziyyət çantasını götürərək Bordo şəhərinə təxliyə olunub.

Lakin qısa müddət sonra küləyin istiqamətinin dəyişməsi nəticəsində yanğınlardan qalxan tüstü və zəhərli qazlar Bordo şəhərinə də yayılıb.

Laabar bildirib ki, 2026-cı ilin rekord isti keçən yay mövsümündə müşahidə olunan bu mənzərələrin gələcək illərdə daha tez-tez təkrarlanacağını düşünür.

Fransa hakimiyyəti indiyədək ölkənin cənub-qərbində, xüsusilə də yay mövsümünün ən çox turist cəlb edən bölgələrindən biri olan Kap Ferre yarımadası ətrafında alovun genişlənməsi səbəbindən 197 min nəfərin təxliyə edildiyini açıqlayıb.

Fransa Prezidenti Emmanuel Makron ölkə üzrə geniş əraziləri bürüyən yanğınlarla mübarizədə yorğun düşmüş yanğınsöndürənlərə dəstək məqsədilə ordu bölmələrinin də əməliyyatlara cəlb edilməsi barədə göstəriş verib.

Rəsmi məlumatlara görə, ölkədə qeydə alınan rekord istilər nəticəsində təxminən 6 min əlavə ölüm hadisəsi qeydə alınıb və bu amil meşə yanğınlarının daha da şiddətlənməsinə səbəb olub.

Mövzuya görə xəbərlər