ABŞ Donald Tramp Trampın fərmanları Ticarət tarifləri Gömrük rüsumları

Gündə 2 milyard dollar qazanırıq - Tramp

BAKI, TurkicWorld

“Gömrük rüsumlarından gündə təxminən 2 milyard dollar qazanırıq”

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp gömrük rüsumlarının dövlətə gündəlik təxminən 2 milyard dollar gəlir gətirdiyini bildirib.

Aprelin 2-də Ağ Evdə keçirilən tədbirdə Tramp 185 ölkəyə ikitərəfli gömrük tariflərinin tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.

Yeni qərarla ABŞ-ın müxtəlif ölkələrdən idxal etdiyi məhsullara əlavə rüsumlar tətbiq olunacaq. Bu addım xüsusilə Çinlə ticarət münasibətlərində gərginlik yaradaraq, Trampın verdiyi məlumata əsasən, Çin mallarına tətbiq olunan tariflərin 104 faizə çatdırılması ilə nəticələnib.

Tramp çıxışı zamanı, "Vergilər sayəsində sözün əsl mənasında pul yağır. Gündə 2 milyard dollar qazanırıq", – deyə qeyd edib.

Qeyd edək ki, bu qərar beynəlxalq bazarlarda qeyri-müəyyənliyə səbəb olub və ekspertlər bu siyasətin həm qlobal ticarətə, həm də ABŞ iqtisadiyyatına təsirlərini yaxından izləyir.

Mövzuya görə xəbərlər