Bakı, TurkicWorld
ABŞ rəhbərliyi Ukrayna münaqişəsinin nizamlanması prosesi fonunda Rusiyaya qarşı sanksiyaların ləğvinin mümkünlüyünü təhlil edəcək.
TurkicWorld xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
"Biz onların qaldırdığı sualları təhlil edəcəyik, söhbətin nədən getdiyini aydınlaşdıracağıq. Məsələ, bir sıra sanksiyalarda, o cümlədən Amerikaya aid olmayan sanksiyalardadır",- o bildirib.
Rubionun sözlərinə görə, bütün nüanslar təhlil olunduqdan sonra, dövlət departamenti Ağ Ev rəhbəri Donald Trampa mövcud vəziyyətdən çıxışla bağlı variantlar təqdim edəcək.