BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
BMT Venesuela ilə ABŞ arasında dialoqu asanlaşdırmaq üçün kifayət qədər iş görmür, daha fəal töhfəyə ehtiyac var.
TurkicWorld-un məlumatına görə, bu barədə BMT-nin Baş katibi vəzifəsinə Argentina tərəfindən namizəd göstərilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib.
"BMT-nin təmin edə bilmədiyi bir dialoqa ehtiyac var. Buna görə də, bu dialoqu asanlaşdıra biləcək yeni BMT rəhbərliyi vacibdir", - deyə o, Buenos-Ayresdə BMT-nin Baş katibi vəzifəsinə namizədliyini təqdim etdikdən sonra jurnalistlərə bildirib







