Son dəqiqə

ABŞ Pentaqon ABŞ-ın müdafiə naziri Pete Hegseth

Pentaqon məxfi sızmalara qarşı tədbir görür

Bakı, TurkicWorld

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son dövrlərdə baş verən icazəsiz məlumat sızmalarını araşdırmaq üçün genişmiqyaslı təhqiqat aparacağını açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Müdafiə Naziri Pete Hegseth və Baş Qərargah Rəisi Co Kasper məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Onlar milli təhlükəsizliklə bağlı həssas məlumatların yayılmasının ciddi araşdırılacağını bildiriblər.

Baş Qərargah Rəisi Kasper vurğulayıb ki, istintaq dərhal və hərtərəfli şəkildə aparılacaq. Şübhəlilərin poliqraf testindən keçirilməsi planlaşdırılır.

İstintaqın nəticələri hesabat şəklində Müdafiə Nazirliyinə təqdim ediləcək. Həssas məlumatların yayılmasında iştirak edən şəxslər barəsində cinayət işinin açılması nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti də mart ayında media sızmalarının qarşısını almaq üçün poliqraf testindən istifadə edəcəyini açıqlamışdı. Bundan əlavə, Ədliyyə Nazirliyi də Venesuelanın “Tren de Araqua” kriminal qrupu ilə bağlı məxfi məlumatların sızması ilə əlaqədar araşdırma başladıb.

Mövzuya görə xəbərlər