Son dəqiqə

ABŞ Tesla elektrikli avtomobil

Tesla avtomobillərini yenidən geri çağırır

BAKI, TurkicWorld

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, 2024-2025-ci il model Cybertruck avtomobillərində ciddi struktur problemi aşkarlandığını bildirərək 46 096 avtomobili geri çağırmaq qərarına gəlib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) avtomobillərin paslanmayan poladdan hazırlanmış xarici üzlük panelinin qopma riski daşıdığını və bunun yolda təhlükə yaradaraq qəza riskini artıra biləcəyini açıqlayıb.

Tesla ən çox geri çağırılan avtomobil brendi oldu

ABŞ-da geri çağırılan avtomobillərin böyük hissəsi Tesla şirkətinə məxsusdur. BizzyCar geri çağırma idarəçiliyi firmasının hesabatına görə, Tesla 2024-cü ildə 5,1 milyon avtomobil geri çağırışı ilə ABŞ-da bu göstəriciyə liderlik edib.

Tesla-nın avtomobillərində ortaya çıxan problemlərin çoxu proqram təminatının havadan yenilənməsi (OTA updates) yolu ilə həll edilsə də, Cybertruck-lardakı fiziki struktur problemi ciddi təmir tələb etdiyi üçün geri çağırılma qərarı verilib.

Mövzuya görə xəbərlər