Son dəqiqə

ABŞ sui-qəsd John Kennedy ABŞ Milli Kəşfiyyat İdarəsi

Kennedinin sui-qəsdi ilə bağlı sənədər mətbuata açıqlanıb

BAKI,TurkicWorld

ABŞ tarixinin ən müəmmalı hadisələrindən biri olan prezident Con Kennedinin 1963-cü ildə öldürülməsi ilə bağlı yeni sənədlər ictimaiyyətlə paylaşılıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən məxfiliyi ləğv edilən 80 min sənəd Milli Arxiv tərəfindən yayımlanıb.

Bununla da Kennedinin sui-qəsdi ilə bağlı son məxfi materiallar da açıqlandı.

Buna baxmayaraq, indiyə qədər açıqlanan sənədlər prezidentin qətli arxasında kimin dayandığı ilə bağlı qəti nəticə əldə etməyə imkan verməyib. Yeni sənədlər arasında sui-qəsdin əsas şübhəlisi Li Harvi Osvaldın keçmişi, əlaqələri və ABŞ-ın müxtəlif dövlət qurumlarının araşdırmaları ilə bağlı təfərrüatlar var.

Mütəxəssislər bu sənədlərin sui-qəsdlə bağlı yeni və mühüm detalları ortaya çıxarıb-çıxarmayacağını müəyyənləşdirmək üçün materialları araşdırmağa başlayıblar.

Qeyd edək ki, Con Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində avtomobil korteji ilə hərəkət edərkən snayper atəşi ilə öldürülüb. Bu hadisə ABŞ tarixində ən çox müzakirə edilən sui-qəsdlərdən biri olaraq qalır.

Mövzuya görə xəbərlər