Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Keir Starmerin birgə mətbuat konfransı zamanı Kanadaya dair sual diqqət çəkib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Jurnalist Starmerə, "Tramp Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməli olduğunu deyir. Buna münasibətiniz necədir?" sualını ünvanlayıb.
Starmer cavabında Britaniya və ABŞ-ın yaxın müttəfiq olduğunu vurğulasa da, Tramp onu yarımçıq qoyaraq jurnalistə “Bu kifayətdir, təşəkkür edirəm” - deyə mövzunu bağlayıb.
Mediada "Tramp Starmerin sözünü kəsdi" kimi şərhlər yayılsa da, Ağ Ev X sosial media hesabında açıqlama verərək Trampın jurnalistin "təhrikçi" sualını kəsmək istədiyini bildirib və xəbərləri "saxta" adlandırıb.







