Bakı, TurkicWorld
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Ramazan ayına hazırlıq çərçivəsində xurma yığımı tədbirində iştirak ediblər.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, kral ailəsinin rəsmi X (Twitter) hesabında paylaşılan görüntülərdə Kral Çarlz və Kraliça Kamillanın şən və səmimi əhval-ruhiyyədə olduqları diqqət çəkib.
Tədbir çərçivəsində qablaşdırılmış xurmaların yerli xəstəxanalara göndəriləcəyi bildirilib. Bu təşəbbüs, Ramazan ayında müsəlman xəstələrin iftar zamanı xurma ilə oruclarını açmalarına dəstək olmaq məqsədi daşıyır.
Sosial mediada böyük maraqla qarşılanan görüntülər qısa zamanda trend mövzuya çevrilib. İstifadəçilər kral ailəsinin bu addımını müsəlman icmasına verilən önəm və mədəniyyətlərarası həmrəyliyin nümunəsi kimi qiymətləndiriblər.