Bakı, TurkicWorld
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iqlim dəyişikliyinin son 50 ildə ekstremal hava hadisələrinin dördqat artmasına səbəb olduğunu açıqlayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , ÜST bu barədə X (keçmiş Twitter) sosial media platformasında paylaşım edib.
“İqlim dəyişikliyi səbəbindən son 50 ildə ekstremal hava hadisələri 400 faiz artıb”, – deyə bəyanatda qeyd olunub.
ÜST iqlim böhranının insan sağlamlığına ciddi təsir göstərdiyini vurğulayaraq, dünya ictimaiyyətini bu problemə qarşı birlikdə mübarizə aparmağa çağırıb.
Ekstremal hava şəraitinin, o cümlədən şiddətli qasırğalar, istilik dalğaları, daşqınlar və quraqlıqların qlobal səviyyədə artması iqlim dəyişikliyinin ən təhlükəli fəsadları arasında göstərilir. Mütəxəssislər bu hadisələrin qida və su qıtlığına, epidemiya riskinin artmasına və insanların məcburi miqrasiyasına səbəb olduğunu bildirirlər.