Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Antalya BMT Baş Assambleyası İqlim dəyişikliyi COP31

İqlim dəyişikliyi artıq söz deyil, əməl tələb edir - Rəcəb Tayyib Ərdoğan

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqlim dəyişikliyi ilə mübarizədə konkret addımların atılmasının vacibliyini vurğulayıb və Antalyada keçiriləcək COP31 sammitinin inkişaf etməkdə olan ölkələrin mövqelərinin ifadə olunması üçün mühüm platforma olacağını bildirib.

TurkicWorld xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etdikdən sonra ABŞ-dəki Türk Evində jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə lideri noyabr ayında Antalyada keçiriləcək COP31 sammitinin məqsədləri barədə danışaraq, tədbirdə iqlim dəyişikliyinin müxtəlif bölgələrə mənfi təsirlərinə qarşı mübarizə üzrə tədbirlər və yol xəritələrinin təqdim ediləcəyini bildirib.

Ərdoğan qeyd edib ki, iqlim problemlərinə laqeyd yanaşmaq mümkün deyil və qlobal istiləşmənin təsirlərini azaltmaq üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.

Türkiyə Prezidenti bildirib ki, dünya bütün insanların ortaq evidir və onu qorumaq hər kəsin vəzifəsidir.

O vurğulayıb ki, COP31 yalnız iqlim konfransı deyil, eyni zamanda inkişaf etməkdə olan ölkələrin gözləntilərini və təkliflərini səsləndirə biləcəyi, konkret nəticələrin müzakirə olunacağı mühüm platformadır.

Ərdoğan iqlim dəyişikliyi ilə mübarizədə maliyyə çətinliyi yaşayan ölkələrə dəstəyin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin bu istiqamətdə məsuliyyəti yalnız bəyanatlarla məhdudlaşmamalı, real fəaliyyətlərlə müşayiət olunmalıdır.

Türkiyə Prezidenti təbii fəlakətlərin sərhəd tanımadığını, yanğın, sel və quraqlıq kimi problemlərin bütün ölkələrə təsir etdiyini bildirib.

Ərdoğan Antalyada keçiriləcək COP31 sammitinin qlobal iqlim mübarizəsində mühüm mərhələ olacağına inandığını ifadə edib.

Mövzuya görə xəbərlər