Son dəqiqə

Fransa ABŞ Ukrayna Emmanuel Makron Donald Tramp

Ukraynada atəşkəs üçün şans var - Makron

Bakı, TurkicWorld

Fransa prezidenti Emmanuel Makron, Ukraynada yaxın həftələrdə atəşkəs əldə oluna biləcəyini bəyan edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Makron Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə görüşdükdən sonra, Ukraynadakı müharibənin sona çatdırılması üçün ilk növbədə atəşkəsə ehtiyac olduğunu vurğulayıb.

“İlk növbədə atəşkəsə ehtiyacımız var. Düşünürəm ki, buna yaxın həftələrdə nail olmaq olar.” - deyə o bildirib.

Fransa lideri həmçinin ABŞ-ın Çin və Avropa ilə eyni vaxtda ticarət müharibəsi apara bilməyəcəyini bildirib. O, Trampın geniş tariflər tətbiq etmək planlarına qarşı çıxaraq, bunun qlobal iqtisadiyyata mənfi təsir edəcəyini vurğulayıb.

Mövzuya görə xəbərlər