Bakı,TurkicWorld
Almaniyada keçirilən seçkilərdə mühafizəkar CDU/CSU partiyası 28,6% səslə qalib gəlib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Frederix Merz 28,6 faiz səslə qalib gəldikdən sonra koalisiyaya rəhbərlik etməyə hazırlaşır.
Merz, 20.8% səs toplayaraq ikinci olan ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə əməkdaşlığı rədd edib.
Ehtimal edilir ki, o vəzifədən gedən kansler Olaf Şoltsun Sosial Demokratları ilə ittifaq quracaq.
Frederix Merz kimdir?
Merz, 2000-ci ildə Xristian Birlik partiyalarının parlament qrupunun rəhbəri oldu. Lakin 2002-ci ildə bu vəzifəni onu vəzifədən uzaqlaşdıran və üç il sonra kansler olan CDU lideri Angela Merkelə təhvil vermək məcburiyyətində qaldı.
Merkelin 2002-ci ildə CDU/CSU parlament qrupunun rəhbərliyini, 2005-ci ildə isə kansler vəzifəsini ələ almasından sonra, Merkeldən daha mühafizəkar baxışlara sahib olan və onunla yaxşı anlaşmadığı bilinən Merz siyasətdən çəkildi.
Siyasəti tərk etdikdən sonra Merz 2005–2021-ci illər arasında beynəlxalq bir hüquq firmasında çalışdı. 2016–2020-ci illərdə isə dünyanın ən böyük qlobal investisiya idarəetmə şirkəti olan BlackRock-ın idarə heyətində yer aldı. Merzin illərlə bir maliyyə nəhəngi üçün lobbiçilik fəaliyyəti göstərməsi bu gün də ona yönəldilən tənqidlərdən biridir.
Merkel kanslerliyə namizəd olmadıqdan sonra, Merz 12 illik fasiləyə son qoyaraq 2021-ci ildə Federal Məclisə qayıtdı. CDU liderliyinə namizədliyini irəli sürən və iki dəfə məğlub olan Merz, ancaq 2022-ci ildəki üçüncü cəhdində partiya sədri seçilməyi bacardı. 2024-cü ilin sentyabrında isə onun kanslerliyə namizədliyi ilə bağlı CDU və CSU arasında razılıq əldə olundu.







