Son dəqiqə

ABŞ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Elon Mask Donald Tramp

ABŞ USAID-in 2000 işçisini ixtisar edəcək

Bakı, TurkicWorld

ABŞ administrasiyası Beynəlxalq İnkişaf Agentliyində (USAID) 2000 işçini ixtisar edəcək və qalan əməkdaşların böyük əksəriyyətini məcburi məzuniyyətə göndərəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, USAID əməkdaşlarına göndərilən rəsmi açıqlamada onların işlərinə xitam verildiyi bildirilib.

"23 fevral 2025-ci il bazar günü saat 23:59-dan etibarən, kritik missiyalar, əsas rəhbərlik və xüsusi təyin olunmuş proqramlar istisna olmaqla, USAID-in bütün dünyadakı birbaşa işçiləri inzibati məzuniyyətə buraxılacaq," – deyə qurumun əməkdaşlarına göndərilən yazılı bildirişdə qeyd olunub.

Bu qərar, ABŞ-da federal məhkəmənin Tramp administrasiyasına ölkə daxilində və xaricdə çalışan minlərlə USAID əməkdaşını işdən çıxarmağa icazə verməsindən sonra qüvvəyə minib.

Qeyd edək ki, Donald Tramp yanvarın 20-də vəzifəyə başladıqdan dərhal sonra xarici yardımla bağlı fərman imzalayıb. Sərəncama əsasən, ABŞ-ın xarici inkişaf yardım proqramlarını həyata keçirən bütün nazirlik və agentliklər xarici ölkələrə edilən ödənişləri dayandırmalı və proqramların ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün 90 günlük araşdırma aparmalı idi.

Yanvarın 27-də ABŞ Dövlət Departamenti, USAID və digər qurumlar tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.

DOGE-nin rəhbəri Elon Musk, USAID rəhbərliyindəki problemlərə görə işçilərin inzibati məzuniyyətə göndərildiyini bildirib. Bundan əlavə, agentliyin sosial media hesabları da bağlanıb.

Lakin sonradan Vaşinqton Rayon Məhkəməsinin hakimi Əmir Əli USAID-in maliyyələşdirdiyi xarici yardım proqramlarının müvəqqəti olaraq bərpa edilməsinə dair qərar çıxarıb.

Mövzuya görə xəbərlər