Son dəqiqə

ABŞ Donald Tramp Vətəndaşlıq hüququ ABŞ-da immiqrasiya siyasəti

ABŞ məhkəməsi Trampın vətəndaşlıq qadağasını rədd edib

Bakı, TurkicWorld

ABŞ Apellyasiya Məhkəməsi prezident Donald Trampın ölkədə doğulan uşaqların vətəndaşlıq almasını qadağan edən sərəncamının bərpası tələbinə rədd cavabı verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Trampın sərəncamının yenidən qüvvəyə minməsi üçün apellyasiya məhkəməsinə müraciət edib.

Lakin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsinin üç hakimi bu tələbi rədd edərək, ölkədə doğulan uşaqların vətəndaşlıq hüququna mane olmaq cəhdini qanunsuz hesab edib.

Qeyd edək ki, Tramp, andiçmə mərasimi günü – yanvarın 20-də, ABŞ-da doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsini nəzərdə tutan qaydanı ləğv edən sərəncam imzalayıb.

Bu qərara qarşı demokratik ştatlardan 18 baş prokuror iddia qaldırıb. Yanvarın 23-də Seattle Dairə Hakimi Trampın sərəncamını müvəqqəti dayandıraraq, onun konstitusiyaya zidd olduğunu bildirib. Fevralın 6-da isə Merilend ştatının hakimi Trampın fərmanının ölkə boyu qüvvədən düşməsinə dair qərar çıxarıb.

Statistikaya görə, hər il ABŞ-da təxminən 150.000 uşaq ölkə sərhədləri daxilində dünyaya gəldiyi üçün avtomatik olaraq vətəndaşlıq əldə edir.

Mövzuya görə xəbərlər