Bakı, TurkicWorld
Böyük Britaniyada müsəlmanlara qarşı nifrət cinayətlərini izləyən Tell MAMA təşkilatının hesabatına görə, 2024-cü il bu cür cinayətlərin rekord ili olacaq.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, X (keçmiş Twitter) onlayn nifrət nitqinin əsas platformasına çevrilib.
2012-2022-ci illər arasında 20.000-dən çox, son iki ildə isə 10.719 hadisə qeydə alınıb. 2023-cü ildə 6313 hadisə bildirilib ki, bu da 2022-ci illə müqayisədə 165 faiz artım deməkdir.
Müsəlmanlara qarşı hücumların əksəriyyəti (45 faizi) ictimai yerlərdə, 10 faizi təhsil müəssisələrində, 8 faizi isə iş yerlərində baş verib. Fiziki və şifahi hücuma məruz qalanların əksəriyyəti hicablı qadınlar (53 faiz) və saqqallı kişilər (30 faiz) olub.
İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya hücumlarından sonra 100 gün ərzində 2000 hadisə qeydə alınıb. Southportda baş verən hücumdan sonra isə müsəlman kişilər onlayn nifrət cinayətlərinə daha çox məruz qalıb.
2024-cü ildə internetdə müsəlmanlara qarşı nifrət cinayətləri 288 faiz artaraq 2307-yə çatıb. Bunların 991-i X, 317-si TikTok, 201-i Facebook platformalarında baş verib.
Hesabatda təhsil və iş yerlərində ayrı-seçkiliyin qarşısını almaq üçün daha çox maarifləndirmə və təlimlərin keçirilməsi, eləcə də onlayn nifrət cinayətlərinə qarşı daha effektiv mexanizmlərin hazırlanması tövsiyə olunub.







