BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Ötən ilin dekabr ayında Azərbaycan istifadəçilərinin “İnstagram” sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 10,19 faiz bəndi azalaraq, 36,04 faiz təşkil edib.
TurkicWorld bu barədə “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.
Bu göstəriciyə görə, ikinci yerdə “Facebook” dayanır. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 6,79 faiz bəndi artaraq, 17,47 faizə çatıb.
Siyahıda üçüncü yerdə 28,63 faizlə “YouTube” gəlir (əvvəlki ayla müqayisədə 2,41 faiz bəndi az).
Bu göstəriciyə görə, dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 3,08 faiz bəndi artaraq, 8,78 faiz təşkil edib.
“X” media platforması 4,01 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 0,45 faiz bəndi az).
Reytinqdə altıncı yeri 3,87 faiz göstərici ilə “Linkedin” tutub (əvəlki ayla müqayisədə 2,73 faiz çox).
Digər sosial şəbəkələrin payı 1,20 faiz təşkil edib.



