Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Gülər İngiltərə

Yaşar Gülər İngiltərəyə gedir

BAKI,TurkicWorld

Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər İngiltərəyə səfər edərək Eurofighter Typhonn döyüş təyyarələrinin tədarükü ilə bağlı görüşlər aparacaq.

TurkicWorld xəbər verir ki, Gülər İngiltərə Müdafiə Naziri Con Hiliyin rəsmi dəvəti ilə ölkəni ziyarət edəcək.

Səfər çərçivəsində hər iki nazir ikitərəfli və regional müdafiə, eləcə də təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Türkiyə və İngiltərə arasında davam edən və ötən ilin oktyabr ayında Rəcəb Tayyib Ərdoğan və İngiltərə Baş naziri Kir Starmer arasında ilkin imzaların atıldığı “Eurofighter Typhonn döyüş təyyarələrinin tədarükü” layihəsi də gündəmdə olacaq.

Gülər həmçinin Eurofighter Typhonn döyüş təyyarələrinin istehsal müəssisələrini də ziyarət edəcək.

Mövzuya görə xəbərlər