Son dəqiqə

Səudi Ərəbistan Sergey Lavrov ABŞ Rusiya Ukrayna Məhəmməd bin Salman Marko Rubio

ABŞ və Rusiya Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara başlayıb

Bakı,TurkicWorld

Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüşdə Səudiyyə vəliəhdi Məhəmməd bin Salman da iştirak edir.

ABŞ tərəfi vurğulayıb ki, bugünkü görüş danışıqlara başlamaq deyil, Rusiyanın Ukrayna müharibəsini bitirməkdə “ciddi” olub-olmadığını müəyyən etməkdir.

Rusiya deyir ki, onun prioriteti ABŞ-la münasibətləri normallaşdırmağa başlamaqdır.

Xəbər yenilənəcək...

Mövzuya görə xəbərlər