Bakı,TurkicWorld
Suriya prezidenti Əhməd Şara Latakiya və Tartus əyalətlərinə səfər edib.
TurkicWorld, AzerVoice-ə istinadən xəbər verir ki, dünən İdlib və Hələbdən daxili səfərlərinə başlayan prezident Şara bu gün də sahil bölgəsindəki Tartus və Latakiyada davam edib.
Şara Latakiyadakı Şeyx Dahir və Tartusdakı Qubernatorluq meydanlarında böyük izdihamla qarşılanıb.
Daha sonra Şara Latakiya qubernatoru və siyasi işlər rəhbəri, eləcə də bölgənin tanınmış şəxsləri ilə görüş keçirib.
Təriqətlər və etnik qruplar arasında sosial sülhü gücləndirməkdə qərarlı olduqlarını vurğulayan Şara, yoxsullara kömək etmək, maaşlarda düzəlişlər etmək və daxili investisiyaları canlandırmaq planlarını açıqlayıb.
Şara deyib ki, devrilmiş Əsəd rejiminə bağlı, ölkə daxilində sabitliyi pozmağa çalışan qruplarla mübarizə davam edəcək.