Son dəqiqə

ABŞ Panama

Panama kanalının suverenliyi müzakirə edilməməlidir - Panama XİN

Bakı, TurkicWorld

“Kanalımız üzərində suverenlik müzakirə olunmur və bu, bizim mübarizə tariximizin bir hissəsidir, kanal dönməz olaraq Panamaya verilmişdir.”

TurkicWorld xəbər verir ki, Panama Xarici İşlər Naziri Xavyer Martinez-Aça, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama Kanalı üzərində suverenliyi yenidən ABŞ-a qaytarmaqla bağlı təhdidlərinə sərt reaksiya verib.

Nazir, Panama xalqının kanal üzərindəki suverenliyinin "heç bir halda müzakirə predmeti olmadığını" vurğulayıb.

Nazirin bu bəyanatı, Trampın ABŞ-a məxsus gəmilər üçün tranzit rüsumlarının azaldılmaması halında Panama Kanalını hərbi güc vasitəsilə geri almaq hədələrinə cavab olaraq gəlib.

Trampın bu açıqlamaları Panama hökumətinin və xalqının qəzəbinə səbəb olub.

Qeyd edək ki, Donald Tramp, dünən Floridada keçirdiyi mətbuat konfransında, Panama Kanalı və Qrenlandiya ilə bağlı hərbi əməliyyatların mümkünlüyünü bəyan etmişdi.

Mövzuya görə xəbərlər