Son dəqiqə

Rusiya Səmərqənd

Səmərqəndə uçan Rusiya təyyarəsi Moskvada təcili eniş edib

Bakı, TurkicWorld

Sankt- Peterburq – Səmərqənd istiqamətində uçan (UTA881) "Utair" hava yollarına məxsus sərnişin təyyarəsi Moskvanın "Vnukovo" aeroportuna təcili eniş edib.

TurkicWorld xəbər verir ki, bu haqda Rusiya KİV-də məlumat yayılıb.

"Flightradar" portalının məlumatına görə, təyyarə Vereya şəhəri üzərində bir neçə dəfə dövrə vurub və daha sonra "Vnukovo" aeroportuna eniş edib.

Sonradan təyyarədə texniki nazaslığın yarandığı məlum olub. Qeyd olunur ki, Moskva aeroportunda təyyarə təmir olunduqdan sonra uçuşu davam etdirəcək.

Bundan əvvəl "Kursiv Uzbekistan" "Utair" hava yolları şirkətinin Avropa İttifaqının sanksiya siyahısına düşdüyünü yazırdı.

Mövzuya görə xəbərlər