Son dəqiqə

ABŞ inflyasiya Amazon Prime Day onlayn alış-veriş pərakəndə satış istehlakçı davranışı

Prime Day ABŞ-da 26 milyardlıq alış dalğası yaratdı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-da onlayn alış-veriş edən istifadəçilər Amazon-un illik endirim kampaniyası “Prime Day” çərçivəsində 26,4 milyard dollardan çox xərcləyiblər.

TurkicWorld xəbər verir ki, bu məlumat “Adobe Analytics” şirkətinin hesabatında yer alıb.

Hesabata əsasən, 23–26 iyun tarixləri arasında baş tutan alış-veriş dövründə istehlakçılar əsasən elektronika, məişət texnikası, uşaq məhsulları və gündəlik tələbat mallarına üstünlük veriblər.

Bildirilir ki, bu göstərici ötən illə müqayisədə 9,3 faiz artım deməkdir.

Digər tədqiqat şirkəti “Numerator” isə orta sifariş dəyərinin 53,34 dollardan 47,66 dollara düşdüyünü açıqlayıb.

Mütəxəssislərin fikrincə, bu tendensiya yüksək inflyasiya şəraitində istehlakçıların daha qənaətcil davranmasını və endirimlərə daha çox yönəlməsini göstərir.

Eyni zamanda qeyd olunur ki, endirim səviyyələri ötən il ilə oxşar qalıb və bu vəziyyətin qarşıdan gələn bayram alış-veriş mövsümünə də təsir edə biləcəyi bildirilir.

Mövzuya görə xəbərlər