BAKI,TurkicWorld
Rusiyadan Ermənistana buğda yükü Azərbaycandan tranzit keçməklə çatdırılacaq.
TurkicWorld xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, sabah həyata keçiriləcək daşımada Ermənistana 11 vaqon buğda göndəriləcək.
Məlumata görə, bu, Azərbaycan ərazisindən keçməklə Ermənistana həyata keçirilən növbəti yük daşımalarından biridir.
Qeyd edək ki, 2025-ci il 21 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın uzun illər mövcud olmuş tranzit məhdudiyyətlərini aradan qaldırdığını açıqlamışdı.
Həmin qərardan sonra ilk belə daşımada Qazaxıstandan Ermənistana taxıl göndərilmişdi.







