BAKI,TurkicWorld,Yusif Şərifzadə
Rusiya Prezidenti Vladimir Putin Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra bu ölkəyə başsağlığı verib və Rusiya xalqının Venesuela ilə həmrəy olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Kremlin yaydığı bəyanatda Venesuela xalqına dəstək ifadə olunub. Sənəddə bildirilib ki, Rusiya bu ağır günlərdə dost Venesuela xalqının yanındadır və baş verən faciədən dərin kədər hissi keçirir.
Məlumata görə, iki güclü zəlzələ nəticəsində ən azı 164 nəfər həyatını itirib, minə yaxın insan yaralanıb. Dağıntılar altında çoxsaylı insanın qaldığı ehtimal edilir.
Xilasetmə qrupları zəlzələdən ən çox zərər çəkmiş bölgələrə cəlb olunub və axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.







