BAKI,TurkicWorld,Yusif Şərifzadə
Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən bir neçə həftə ərzində istefa verəcəyini, ölkədə erkən prezident və parlament seçkilərinin keçiriləcəyini bildirib.
TurkicWorld xəbər verir ki, Vuçiç bu barədə Belqradda keçirilən hökumətyönlü mitinqdə çıxışı zamanı danışıb.
O deyib ki, “bir neçə həftə prezident olaraq qalacağam, sonra istefa verəcəyəm”.
Qeyd olunur ki, Vuçiçin hazırkı ikinci və son prezidentlik müddəti 2027-ci ilin ortalarında başa çatmalı idi.







