Son dəqiqə

Azərbaycan Ermənistan Rusiya Azərbaycan Dəmir Yolları QSC

Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək

BAKI,TurkicWorld

Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli buğda Ermənistana göndəriləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-ni Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

ADY-nin məlumatına görə, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Biləcəri stansiyasından Ermənistana yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər