Son dəqiqə

Sergey Lavrov Rusiya Yaxın Şərq Əməkdaşlıq xarici siyasət Beynəlxalq Münasibətlər Ərəb ölkələri

Lavrov: Ərəb ölkələrinin İran əleyhinə birləşməsi “səhv olardı”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Rusiya xarici işlər naziri Sergey Lavrov ərəb dövlətlərinin İran əleyhinə birləşməsinin düzgün addım olmayacağını bildirib.

TurkicWorld xəbər verir ki, Lavrov bu fikirləri Moskvada keçirilən dəyirmi masada səsləndirib.

O qeyd edib ki, Rusiya hesab edir ki, ərəb ölkələrinin İran İslam Respublikasına qarşı birləşməsi səhv addım olardı.

Lavrovun sözlərinə görə, belə təşəbbüslər hazırda gündəmdə deyil və buna dair ciddi siqnallar müşahidə olunmur.

Rusiya və İranın müxtəlif sahələrdə, o cümlədən hərbi və iqtisadi istiqamətlərdə sıx əməkdaşlıq etdiyi də vurğulanıb.

Mövzuya görə xəbərlər