Son dəqiqə

İsrail Livan Ordu Beyrut Etirazlar çərçivə sazişi

Livan ordusu etirazlar fonunda vətəndaşları məsuliyyətli davranmağa çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Ordusunun komandanlığı ölkədə davam edən etirazlar fonunda vətəndaşlara məsuliyyətli davranmaq çağırışı edib.

TurkicWorld xəbər verir ki, ordu rəhbərliyi açıqlamasında Livanda mövcud olan “istisna çətinliklər” şəraitində fikir ifadə azadlığına hörmət etdiyini bildirib.

Bununla yanaşı, Beyrut və digər bölgələrdə keçirilən etiraz çağırışları fonunda vətəndaşlardan ictimai asayişi qorumaq üçün məsuliyyətli davranmaq tələb olunub.

Ordunun açıqlamasında qeyd olunub ki, təhlükəsizliyin pozulmasına və ictimai sülhə zərər verə biləcək hər hansı addıma yol verilməyəcək.

Bu çağırış İsrail və Livan arasında ABŞ vasitəçiliyi ilə imzalanan çərçivə sazişindən sonra ölkədə yaranan etirazlar fonunda edilib.

Mövzuya görə xəbərlər