Bakı, TurkicWorld
Luiziana ştatının səhiyyə rəsmiləri quş qripi səbəbindən ölkədə ilk insan ölümünü təsdiqləyib.
TurkicWorld xəbər verir ki, həlak olan şəxs, başqa xəstəlikləri olan və yaşı 65-dən yuxarı yaşlı bir insan olub.
Məlumata görə, xəstə tənəffüs yolları problemi səbəbindən xəstəxanaya yerləşdirilib və bu hadisə ABŞ-da H5N1 virusuna ilk ciddi insan yoluxması hesab edilir.
Səhiyyə qurumları isə quş qripinin insan sağlamlığı üçün ümumi risk səviyyəsinin hələ də aşağı olduğunu vurğulayıblar.