Bakı, TurkicWorld
ABŞ-ın Kaliforniya ştatında quş qripinə (H5N1) yoluxma hallarının artması nəticəsində fövqəladə vəziyyət elan olunub.
TurkicWorld xəbər verir ki, Qubernatorluğun yaydığı açıqlamada, virusun 16 ştatda mal-qarada aşkar edildiyi, Cənubi Kaliforniya fermalarında inəklərdə də görüldüyü bildirilib. Epidemiyanın yayılmasının qarşısını almaq və yoluxma hallarını azaltmaq məqsədilə təcili qərar qəbul edilib.
Kaliforniya qubernatoru Gavin Newsom ictimaiyyət üçün riskin hazırda aşağı səviyyədə olduğunu vurğulayıb və virusun yayılmasının qarşısını almaq üçün bütün zəruri addımların atılacağını bildirib. O qeyd edib ki, "Fövqəladə vəziyyət elan etmək, dövlət qurumlarının epidemiyaya sürətli və effektiv reaksiya göstərməsi üçün resurs və çevikliyi təmin etmək məqsədini daşıyır."
Hal-hazırda quş qripi Kaliforniyada ölkənin süd istehsalının təxminən 20%-ni təmin edən 1100-dən çox süd fermasının yarısından çoxunda aşkar edilib.
ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən aparılan araşdırmada təhlil edilən hər 5 komersiya süd nümunəsindən birində quş qripi izlərinin tapıldığı bildirilib.
Qeyd edək ki, quş qripi ilk dəfə bu ilin mart ayında Texas ştatında mal-qara sürülərində aşkar edilib. Daha sonra məlumatlar göstərib ki, virus ABŞ-ın 16 digər ştatında da yayılıb.