Son dəqiqə

Böyük Britaniya şokolad diabet

Tünd şokolad tip 2 diabet riskini azalda bilər

Bakı,TurkicWorld

Həftədə beş və ya daha çox porsiya tünd şokolad qəbulu tip 2 diabet riskini 21 faiz azalda bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Britaniyanın The British Medical Journal (BMJ) tibb jurnalında araşdırma yayımlanıb.

Çin və ABŞ tədqiqatçılarının hazırladığı araşdırmada 1986-2021-ci illər arasında 192,028 nəfər iştirak edib. Bu araşdırmada şokolad istehlakının diabet riskinə təsiri və fərqli şokolad növlərinin (tünd və südlü) təsiri analiz edilib.

Nəticələrə görə, ümumilikdə şokolad yeyən şəxslərdə tip 2 diabet riski şokoladı az istehlak edən şəxslərə nisbətən 10 faiz daha aşağıdır. Həftədə beş və ya daha çox porsiya tünd şokolad yeyən şəxslərdə bu risk 21 faiz azalıb. Südlü şokolad isə diabet riskinə əhəmiyyətli təsir göstərməyib və uzun müddətdə kilo artımına səbəb olduğu qeyd edilib.

Tədqiqatçılar bildiriblər ki, tünd şokoladın tərkibindəki antioksidantlar və zülallar ödemi azaldır, ürək-damar sistemini qoruyur və maddələr mübadiləsinə müsbət təsir göstərir. Bundan əlavə, tünd şokolad istehlakının hər həftəlik porsiya artımı ilə diabet riski 3 faiz daha azalır.

Araşdırmada diqqətəlayiq faktlar da paylaşılıb. 2019-cu ildə dünya üzrə tip 2 diabet xəstələrinin sayı 463 milyon nəfər təşkil etmişdir. Bu rəqəmin 2045-ci ilə qədər 700 milyona çatacağı proqnozlaşdırılır.

Tədqiqatçılar vurğulayıb ki, tünd şokoladın diabet riskini azaltma potensialı olsa da, bu nəticələrin daha geniş və nəzarət altında keçirilən araşdırmalarla təsdiqlənməsi lazımdır.

Mövzuya görə xəbərlər