Son dəqiqə

İsrail Livan Sudan Dünya Müsəlman Alimlər Birliyi

Dünya Müsəlman Alimlər Birliyindən Qəzzaya, Livana və Sudana dəstək

Bakı, TurkicWorld

Dünya Müsəlman Alimlər Birliyi İsrailin hücumları nəticəsində böyük dağıntılara məruz qalmış Qəzzanın yenidən qurulmasına, Livan xalqına və Sudandakı qanuni hökumətə dəstək verilməsi üçün çağırış edib.

TurkicWorld xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilmiş Qəyyumlar Şurasının toplantısından sonra yayımlanan bəyanatda, müsəlman xalqları arasında birlik və həmrəyliyin vacibliyi vurğulanıb.

Bəyanatda İsrailin Qəzzaya və Fələstinə qarşı hücumları "əsrin cinayəti" adlandırılaraq kəskin şəkildə pislənib. İsrailin beynəlxalq hüquqa zidd silahlardan istifadəsini araşdırmaq üçün beynəlxalq təhqiqat komissiyası yaradılması və beynəlxalq hüquq çərçivəsində mühakimə olunması tələb edilib.

Fələstin xalqına davamlı dəstəyin önəmi vurğulanan bəyanatda, xüsusilə Qəzzanın əsas ehtiyaclarının – qida, dərman, geyim və sığınacağın təmin edilməsinə xüsusi diqqət çəkilib.

Birlik, Livan xalqının İsrailin hücumlarına qarşı öz torpaqlarını müdafiə etmək hüququnu dəstəklədiyini və yenidənqurma səylərinə kömək göstərilməsini vacib saydığını qeyd edib.

Suriyada baş verən hadisələrə toxunan Birlik, Suriya xalqının təhlükəsizlik və sabitliyə nail olmasını və haqlı tələblərinin təmin edilməsini diləyib.

Sudanla bağlı isə Birlik, ölkədə qanuni hökuməti dəstəklədiyini və Sudan xalqının haqlı mübarizəsinin yanında olduğunu bildirib.

Eyni zamanda Yəmən, İraq, Şərqi Türküstan, Kəşmir, Somali, Arakan və Hindistandakı müsəlmanların vəziyyətinə diqqət çəkilib. İnsan hüquqlarının qorunması üçün siyasi, hüquqi və media vasitəsilə təzyiqlərin artırılması tələb edilib.

Mövzuya görə xəbərlər