Kazan, TurkicWorld
Qitələrarası əlaqələrin sadələşdirilməsi və kolllektiv mənafeyin əldə olunmasına dair BRICS-in dünya səviyyəsində coğrafi baxımdan yaratdığı imkan sosial rifah səviyyəsinin yüksəlməsinə və iqtisadi inkişaf prosesinə müsbət təsir göstərə bilər.
TurkicWorld-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian 24 oktyabrda Rusiyanın Kazan şəhərində keçirilən BRICS+ formatında keçirilən ilk plenar iclasda deyib.
Onun sözlərinə görə, gələcəkdə daha çox həmrəylik yaradan, ədalət və dialoqa əsaslanan münasibətlərin qurulmasına çalışan ölkələr uğur qazanacaqlar.
"İran bu qənaətdədir ki, regional və beynəlxalq problemlər müştərək səylər olmadan həll olunmayacaq. Buna əsasən öz prinsipial siyasəti çərçivəsində ölkələr arasında ticarət əlaqələri ilə yararlı və məntiqli şəbəkələr quraraq dostluq əsaslarını möhkəmləndirməyə və beynəlxalq əməkdaşlığı gücləndirməyə çalışıb", - deyə o qeyd edib.
Qeyd edək ki, BRİKS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.