Son dəqiqə

ABŞ Entoni Blinken

ABŞ terrorizmə qarşı İsrailin yanındadır - Blinken

Bakı,TurkicWorld

ABŞ dövlət katibi Entoni Blinken İsrail ilə Həmas arasındakı qarşıdurmanın birinci ildönümü ilə bağlı "İsrailin yanındayıq" mesajını verib.

TurkicWorld xəbər verir ki, 7 oktyabr 2023-cü ildə Qəzzada başlayan hadisələrin birinci ildönümü ilə bağlı mətbuata açıqlama verən Blinken, Həmasın həmin gün həyata keçirdiyi hücumların Fələstin xalqı üçün faciəvi nəticələrə səbəb olduğunu qeyd edib.

Blinken, tərəflər arasında atəşkəs razılaşmasının imzalanmasının vaxtının çatdığını vurğulayaraq, münaqişənin davam etməsinin həm Fələstin, həm də İsrail xalqı üçün ağır nəticələrə səbəb olduğunu qeyd edib.

O, beynəlxalq ictimaiyyətin Həmas kimi qrupları dəstəkləyənlərə qarşı qətiyyətli mövqe tutmasının zəruriliyini müdafiə edib. Blinken, bölgədə sabitlik və sülhün təmin edilməsi üçün bütün tərəflərin daha məsuliyyətli davranmasını və diplomatik yollarla problemi həll etməyə çalışmasını vacib hesab etdiyini bildirib.

Dövlət Katibi, "ABŞ terrora qarşı özünü müdafiə edən İsrailin yanındadır" ifadəsini işlədib. O, Həmas tərəfindən saxlanılan əsirlər arasında ABŞ vətəndaşlarının da olduğunu vurğulayaraq, onların dərhal azad edilməsini tələb edib

Mövzuya görə xəbərlər