Bakı. TurkicWorld:
ABŞ Ukraynaya əlavə 8 milyard dollarlıq hərbi yardımın ayrılmasını elan edə bilər.
TurkicWorld-un məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, hərbi yardımın elan olunması Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın 26-da Vaşinqtona səfəri zamanı baş tuta bilər.
Mənbələr yeni hərbi yardım paketinin tərkibinin necə olacağını açıqlamayıblar.