Son dəqiqə

Fələstin ABŞ

ABŞ-lı rep ifaçısı Macklemore Fələstinli sənətçilərlə birgə mahnı yayımlayıb

Bakı,TurkicWorld

Amerikalı rep ifaçısı Macklemore bir çox fələstinli sənətçilərlə əməkdaşlıq etdiyi “Hind’s Hall 2” adlı yeni mahnısını təqdim edib.

TurkicWorld xəbər verir ki, Fələstinə dəstək aksiyalarında dəfələrlə istifadə edilən “Hind’s Hall” mahnısının ikinci versiyası “Hind’s Hall 2” olaraq paylaşılıb.

Mahnıda fələstinli rep ifaçısı MC Abdul, Fələstin əsilli ABŞ vətəndaşı yazıçı Amer Zahr və müğənni Anees Mokhiber kimi adlar yer alıb.

Sənətçi mahnıdan əldə edilən bütün gəlirin son mahnıda tətbiq olunduğu kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlə bağlı Yaxın Şərq Agentliyinə (UNRWA) göndəriləcəyini bildirib.

Mahnıda çəkilən kadrlardan birində Ayşenur Ezgi Eyginin fotosu olub.

Klipdə dünyanın bir çox yerlərində, o cümlədən İstanbulda Fələstinə dəstək nümayişlərinin görüntüləri də yer alıb.

Qeyd edək ki, mahnı adını Kolumbiya Universitetində tələbələrin Fələstinə dəstək nümayişləri zamanı Qəzzada öldürülən altı yaşlı fələstinli Hind Rəcəbin şərəfinə “Hamilton Hall” adlandırdıqları “Hind’s Hall” adlı binadan almışdır.

Mövzuya görə xəbərlər