Son dəqiqə

Ukrayna Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Ukraynadan Türkiyə limanlarına 5 milyon tona yaxın yük daşınıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Ukraynadan Türk limanlarına 4 milyon 948 min 385 ton yük daşınıb.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Ukraynadan Türkiyə limanlarına 78 min 155 ton yük daşıyıb.

“Bu ilin yanvar-avqust aylarında Ukraynadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 4 milyon 809 min 208 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Ukraynadan Türkiyəyə Ukrayna bayrağı ilə üzən gəmilərlə 61 min 22 ton yük çatdırılıb.

2024-cü ilin yanvar-avqust aylarında Ukraynadan Türkiyə limanlarına 103 min 149 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarının yük dövriyyəsi 31 milyon 474 min 554 ton olub.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə həyata keçirilən yük dövriyyəsi 2 milyon 462 min 885 ton təşkil edib.

“Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərlə yük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarında transit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkil edib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min 491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40 min 846 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 26 min 836, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 14 min 10 olub.

Mövzuya görə xəbərlər