Son dəqiqə

İsrail Hizbullah Həsən Nəsrullah

Nəsrullahın hədəf alınan qərargahda olub-olmadığı araşdırılır – İsrail KİV

Bakı, TurkicWorld

Nəsrullahın hədəf alınan qərargahda olub-olmadığı araşdırılır.

TurkicWorld xəbər verir ki, İsrail Livanın paytaxtı Beyrutda Hizbullahın qalası kimi tanınan Dahiyə bölgəsinə hava zərbəsi endirib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqari verdiyi açıqlamada Hizbullahın Dahiyə bölgəsində mülki binaların altında mərkəz inşa etdiklərini deyib.

Livan qaynaqlarının verdiyi məlumatda bu hücumun Hizbullah ilə İsrail arasında bir ilə yaxındır davam edən qarşıdurmalar çərçivəsində paytaxt Beyruta edilən ən ağır hücum olduğu bildirilib.

Livan mediası Haret Hreik şəhərinə hava hücumu nəticəsində 15-dən çox raketin düşdüyünü və 4 binanın dağıldığını bildirib.

Mövzuya görə xəbərlər