Bakı. TurkicWorld
Respublikaçılar Partiyasından ABŞ-də prezidentliyə namizəd Donald Tramp hazırkı prezidentlik yarışında məğlub olarsa, 2028-ci ildə keçiriləcək növbəti seçkilərdə yenidən namizədliyini irəli sürməyəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə D.Tramp "Full Measure" proqramında deyib.
"Xeyr, irəli sürməyəcəm", - deyə respublikaçı müvafiq suala cavab olaraq bildirib. "Ancaq ümid edirəm ki, uğur qazanacağıq", - deyə o əlavə edib.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.