Bakı, TurkicWorld
26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
XXX
19:36
Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.
TurkicWorld-un məlumatına görə, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
XXX
18:21
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Nyu-Yorkda görüş başlayıb.
TurkicWorld xəbər verir ki, görüş ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə keçirilir.
"Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi və iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması üzrə danışıqların növbəti raundu xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın iştirakı ilə başlayıb”, - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xəbər yenilənəcək